Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub  |     22:40 2025-ci il bu 3 bürcə uğursuzluq gətirə bilər - sevdiyiniz şəxs...  |     22:33 Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO  |     22:26 Etibarnamə ilə bağlı problem həll olundu - DİN-dən açıqlama - VİDEO  |     22:18 Tokayev: Azərbaycan və Ermənistanın münasibətlərdə yeni səhifə açmaq istəyini dəstəkləyirik  |     22:11 Mədəniyyət Nazirliyində xalq artisti Yalçın Adıgözəlovla görüş olub  |     22:03 Zaqatalada ağır qəza: xəsarət alan 4 nəfərin vəziyyəti AÇIQLANDI  |     21:55 Yollarda təhlükə yaradan velosipedçilər cərimələnəcək - RƏSMİ AÇIQLAMA  |     21:49 Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi  |     21:41 İspaniyada ölənlərin sayı 217-ə çatdı - 30 mindən çox...  |     21:34 Azərbaycanda yayılan virus nədir?  |     21:27 Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim qızının şad günündə ÖLDÜ  |     21:20 Tablolarında öz qanını boya kimi istifadə edən rəssamıninanılmaz həyat hekayəsi - FOTO  |     21:13 20 yaşlı oğlan anasını amansızlıqla qətlə yetirdi  |     21:06 Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub  |     20:59 Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub  |     20:53 ISESCO Bakıda keçiriləcək COP29-un işində fəal iştirak edəcək  |     20:45 Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir  |     20:38 Zakir Həsənov Slovakiyada səfərdədir  |     20:30 Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto  |    

Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı?

Son bir ildə paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Lakin statistika göstərir ki, bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir.

Cəmiyyəti silkələyən olay isə üç yaşlı Zəhranın qaçırılması oldu.

Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu, kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir.

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar var, heç vaxt tapılmayanlar var...

Bəs valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, son 10 ildə ölkədə uşaq oğurluğu faktına rast gəlinməsə də, hazırda belə hadisələr baş alıb gedir:

“Uşaqların kimlər tərəfindənsə, xüsusilə də qaraçılar tərəfindən qaçırılması halları çoxalıb. Mən hər dəfə deyirəm ki, bu roman tayfaları (qaraçıları nəzərdə tutur – red.) ilə mübarizə aparılmalıdır. Onların birlikləri tapılmalı və qarşısı alınmalıdır.

Valideynlər daim uşaqlarını diqqətdə saxlamalıdırlar. Ən çox da xüsusi qayğıya ehtiyac duyan uşaqları. Bir müddət əvvəl bir qadın televiziya verilişlərindən birinə çıxmışdı. Uşağı oğurlanmışdı. Eyni situasiya idi. Həmin uşaq olduqca zəif, əqli cəhətdən bir qədər problemli idi. Onu hədə-qorxu altında saxlamışdılar.

Üç yaşlı Zəhranın oğurlanması həmin hadisəni xatırlatdı. Zəhra rahat danışa bilmir. Həmin an və ya başqa təhlükə ilə qarşı-qarşıya qalsa, kömək istəyə bilməzdi.


Ailələr belə laqeyd yanaşmalar səbəbindən uşaqlarını həmişəlik itirə bilər. Zəhra tapıldı və ailəsinə təhvil verildi. Bəs tapılmasaydı?! Uşağın başına bir hadisə gəlsəydi?! Bir ömür peşmanlıq”.

K.Ağazadənin sözlərinə görə, problem valideynlərin uşaqları hədə-qorxu ilə “tərbiyə etmək” istəməsindən irəli gəlir:

“Valideyn uşağını qorxudur, “ora getmə”, “bununla danışma”, “səni döyərəm” kimi ifadələr işlədir. Belə təzyiqlər olmamalıdır. Onları sakit dildə başa salmaq lazımdır ki, yad insanlarla danışmaq olmaz. Tanımadığın insanlar nəsə təklif edəndə götürmə, yemə, dərhal anaya-ataya de.

İndi bəzi valideynlər deyəcək ki, iş-güc ucbatından daim uşağa nəzarət edə bilmirik. Amma bu, həmin diqqətsizlik ucbatından yaşanan hadisəyə bəraət qazandıra bilməz. Körpələr bəzən böyüklərin kiçik bir səhvinin cəzasını ömür boyu çəkirlər. Belə olmaz”.

K.Ağazadə vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ümumiyyətlə nəzarətsiz qalmamalıdır:

“Valideyn məsuliyyətinin artırılması üçün işlər aparılmalıdır. Ehtiyatsızlıq səbəbindən onlarla uşaq bu gün yanıq şöbələrində yatır.

Valideyn diqqəti tək anaların çiyninə yüklənməməlidir. Burada atanın, nənənin, babanın, ailənin digər üzvlərinin də məsuliyyəti var. Bu halların qarşısını almaq üçün valideynlərə də cəza verilməli deyil ki?! Övladlarına qarşı qeyd-şərtsiz diqqətli olmalıdırlar”.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 400 07.06.19 12:25