Meksika hökuməti cənub sərhədlərin mühafizəsinə 6 min milli qvardiyaçı yönəldəcək.
Bu haqda Meksika xarici işlər naziri Marselo Ebrard bildirib.
Onun sözlərinə görə, qvardiyaçılar miqrant axınının qarşısını almaq üçün Qvatemala ilə sərhəddə yerləşdiriləcək.
O, həmçinin əlavə edib ki, Meksika Milli qvardiyası regional koordinasiya məqsədlərini güdür.