Ehtiyac olarsa, Çinin 300 milyard dollar həcmindəki məhsuluna qarşı əlavə gömrük vergisi tətbiq ediləcək.
Median.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ və Çin arasında ticarət müzakirələrinin davam etdiyini xatırladan Tramp bununla belə, iki ölkənin yeni saziş üzərində anlaşa bilməyəcəyini istisna etməyib:
"Belə bir vəziyyət yaranarsa, Çindən idxal olunan 300 milyard dollar həcmindəki məhsula əlavə vergi tətbiq edəcəyik".
Tramp mayın 10-da əlavə vergi tətbiq ediləcək 200 milyard dollarlıq məhsulun siyahısını açıqlamışdı. Lakin bundan sonra açıqlanan siyahı üzrə yalnız 10% məhsula əlavə vergi tətbiq olunmuşdu.
Mayın 13-də isə Çin 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə vergi tətbiq etdiyini açıqlamışdı.