Dispetçer solla sağı səhv saldı - Onlarla insan öləcəkdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:54 Bakıda polis bölməsində hüquqazidd hərəkətlər edən şəxs həbs olundu  |     11:41 Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB  |     11:24 Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı  |     22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |    

Dispetçer solla sağı səhv saldı - Onlarla insan öləcəkdi

Tayvanın “Eva Air” hava yolları şirkətinə aid sərnişin təyyarəsi dağ zirvəsinə təhlükəli yaxınlıqdan ötüb keçib.

“İndependent” nəşrinin yazdığına görə, buna səbəb aviadispetçerin solla sağı səhv salması olub.

İnsident 2016-cı ildə Los-Ancelesdən Taypeyə uçan “Boeing 777” laynerində baş versə də, araşdırma nəticələri yalnız indi ictimailəşib. Məlum olub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dispetçer təyyarəni şərqə istiqamətləndirməli olduğu halda, qərbə yönəldib.

Əvvəl pilota 180 dərəcə sola uçmaq və iki min metr yüksəkliyə qalxmaqla bağlı təlimat verilib. 40 saniyədən sonra isə sağa 180 dərəcə döndərməsini istəyib. Ardınca havada “Air Canada” şirkətinə aid “Boeing” təyyarəsi ilə toqquşmaması üçün 1,5 min metr yüksəklikdə uçmasını tələb edib. Çox keçmədən dispetçer yenidən hər şeyi qarışdıraraq, “Eva Air” təyyarəsini yanlış istiqamətə göndərib.

Nəticədə Tayvan layneri Vilson dağlarının 500 metr yaxınlığından keçərək, pilotlara həyəcanlı anlar yaşadıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 314 16.05.19 20:03