İslamı təhqir edən senatorun başında yumurta sındırdılar - VİDEO
İslamı təhqir edən avstraliyalı senatorun başında yumurta sındırıblar.
Yeni Zelandiyada 2 məscidə terror hücumundan sonra avstraliyalı senator Fraser Anninq İslamı təhqir edib və irqçi sözlərdən istifadə edib. Bu gün avstraliyalı senator jurnalistlərə açıqlama verərkən bir gənc onun başında yumurta sındırıb.
Senator bu hadisədən sonra 17 yaşındakı gəncə şillə-təpik atıb. Daha sonra senatorun ətrafında olanlar gənci yerə uzadıblar və hərəkət etməsinə icazə verməyiblər.
Baş verən bu hadisə kameralara düşüb.//sputnik.az
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!