Mojo.az Banner
13:50 Sabah Xankəndiyə İLK KÖÇ olacaq  |     13:44 Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu halda ləngimələr yarana bilər  |     13:39 Metroda xətlərin ayrılacağı tarix açıqlandı  |     13:30 İranda etirazları dəstəkləyən mədəniyyət xadimlərinə və idmançılara qarşı cinayət işi açıldı  |     13:21 Azərbaycanda bu yağlar bahalaşdı - FOTO  |     13:17 Qarlı hava sabah da davam edəcək  |     13:13 Tramp ikinci prezidentlik müddətinin ilk ilini dəyərləndirdi  |     12:57 Sürücülərin DİQQƏTİNƏ: Ukrayna dairəsindəki xətlənmə cərimələrə səbəb olur - Video  |     12:39 Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 150 santimetrə çatıb (Video)  |     12:31 FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİB  |     12:19 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu  |     12:19 Tramp Fransa prezidentinin şəxsi mesajını dərc etdi  |     12:10 Paşinyan Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul etdi  |     12:05 Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”  |     11:59 Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”  |     11:53 Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanıldı  |     11:47 “TikTok” bu şəxslərin hesabını siləcək  |     11:41 Azərbaycan nefti UCUZLAŞDI  |     11:36 Ramil Əliyev vəzifəsindən azad olundu  |     11:28 Azərbaycana güclü qar yağdı, evin talvarı çökdü -FOTOLAR  |    
Left Banner
Right Banner

"Evin ərzaqlari endirim zamani alinir, əsas yeməyimiz isə makarondur”- dəbdəbəni sevməyən baş nazir

09.03.2019 19:48 1 915
Norveç baş naziri Erna Sulberq 1961-ci ildə ölkənin böyük şəhərlərindən olan Bergendə dünyaya gəlib. Erna ailənin üç qız övladından ortancılı olub. Atası Asben Sulberq şəhər nəqliyyat xidmətində məsləhətçi işləyirdi. Anası İnger Vençe Torgensen isə dövlət məmuru idi. "Bizim çox yaxşı tərbiyə görmüş və sıradan bir ailəmiz vardı", - deyə Ernanın bacısı İnqrid xatırlayır: "Evimizə tez-tez qonaqlar gəlirdi. Siyasətdən söhbət düşəndə Erna atamla cəmiyyətin problemlərini müzakirə edirdi. Atam ürəyindəki problemə görə 67 yaşında dünyasını dəyişəndə bu, 26 yaşlı Ernaya böyük mənəvi zərbə olmuşdu".

Median.Az strateq.az-a istinadən bildirir ki, gələcək baş nazirin valideynləri qızlarına qarşı çox sərt olmamağa çalışıblar. Onlara istədiklərini etməyə icazə veriblər. Lakin xəbərdarlıq ediblər ki, davranışlarının məsuliyyətini daşımalı olacaqlar. Sinif yoldaşları və müəllimlərinin dediyinə görə, Erna bu mənada cəsur qız olub. Səkkizinci sinifdə oxuyarkən rəfiqəsi ilə birgə məktəbin pilləkənlərində siqaret çəkərkən yaxalananda tərəddüd etmədən səhvin onda olduğunu deyərək məsuliyyəti üzərinə götürüb.

Ernanın məktəb illəri çətin keçib. 16 yaşında məlum olub ki, disleksiyadan (oxuma və yazmanı lazımi səviyyədə mənimsəməyə imkan verməyən psixi pozuntu) əziyyət çəkir. Yaxşı inşa yaza bilməyən Erna bunu dərslərdə yaxşı cavab verməklə kompensasiya edib. Ünsiyyətcil və təbiətən ağıllı olması Ernaya yaşıdları və müəllimləri arasında nüfuz qazandırıb. Məktəbi bitirdiyi il Norveç Məktəbliləri Şurasına seçilib. Elə həmin il xeyriyyə təşkilatının rəhbəri olub.


19 yaşında Mühafizəkarlar Partiyasına üzv olub. Partiyada gənclər qanadının sədr müavini postunu ona həvalə ediblər. 25 yaşında Bergen Universitetinin sosiologiya və politologiya fakültəsində diplom müdafiəsinə hazırlaşdığı ərəfədə partiyanın tələbə liqasına rəhbər təyin olunub.

Erna Sulberq 28 yaşında deputat seçilib və sonrakı 12 il ərzində seçicilərin maraqlarını təmsil edib. 2001-ci ildə ona kommunal təsərrüfat naziri postu təklif olunub və 4 il bu vəzifədə qalıb. 2013-cü ildə mühafizəkarların da daxil olduğu dörd partiyadan ibarət koalisiya parlament seçkilərində qələbə qazanıb. O vaxtkı baş nazir (hazırda NATO-nun baş katibi) Yens Stoltenberq istefa verib və Sulberq hökumətin başına keçib. 2017-ci il seçkilərində Erna Sulberqin partiyası yenidən səslərin çoxunu qazanaraq qalib olub. Və o, ikinci dəfə baş nazir postunu tutub.

Mətbuatın yazdığına görə, xanım Sulberq hər zaman cəmiyyətin əhvalını duyub və partiyanın ideologiyasına zidd olan qərarlar verməkdən çəkinməyib. Məsələn, o, eynicinslilərin nikahının leqallaşmasının tərəfdarı olub.

Erna Sulberqin siyasi kredosu belədir - milyardlar yox, insanlar. Hökumət başçısının qələmə aldığı kitab da belə adlanır.


Gələcək baş nazir 35 yaşında Mühafizəkarlar Partiyasının fəalı, özündən 3 yaş kiçik Sindre Finneslə ailə qurub. Əvvəl bizneslə məşğul olan, sonradan Norveç işəgötürənlər təşkilatında məsul vəzifə tutan Finnes 2004-cü ildən - xanımı partiya rəhbərliyinə keçəndən sonra bütün vaxtını ailə qayğılarına və iki övladının tərbiyəsinə sərf edib.

Sulberq özünü pis həyat yoldaşı saymadığını, lakin uşaqlarına lazımi vaxt ayıra bilməməsindən və bu yükün ərinin üzərinə düşməsindən məyus olduğunu deyir.

"Artıq uzun illərdir hər şam yeməyini mən hazırlayıram. Həftədə bir neçə dəfə bizim süfrədə balıq, daha tez-tez isə makaron olur. Çalışıram ki, ərzaqları mağazada endirim aksiyaları olanda alım. Əgər şam yeməyinə bizə Erna da qatılırsa, bu, bütün ailə üçün böyük sevinc olur", - deyə Finnes bildirir.

Cütlük rəsmi tədbirlərə birlikdə qatılır. Hər zaman sadə geyimlərdə olan Erna və Sindrenin dəbdəbəni sevmədiyi, Milad bayramında isə bir-birlərinə univermaqların endirim kartını hədiyyə etdiyi deyilir.

30 illik evlilik həyatına baxmayaraq, Erna və Sindre bu gün də bir-birinə isti münasibət bəsləyir və hər zaman əl-ələ gəzirlər.


"Zamanla bir-birimizi daha yaxşı tanıdıq. Bizdə artıq emosiyanın başqa növüdür. Daha çox sevməyə başlamışıq", - baş nazir müsahibələrinin birində etiraf edib.

Son vaxtlar cütlüyün münasibətlərinin daha isti olduğu deyilir və böyük ehtimalla bu, Finnesin dəri xərçəngindən əziyyət çəkməsi ilə bağlıdır. Vaxtilə Finnesin anası və nənəsi də bu xəstəliyə düçar olub və bu səbəbdən dünyadan erkən köçüblər.

Uşaq vaxtı Erna fortepianoda ifa etməyi sevirmiş. Baş nazirin sevdiyi başqa bir məşğuliyyət idmandır. Xanım Sulberq xizək sürməyi və futbolu sevir. Deyilənlərə görə, baş nazir təkcə azarkeş deyil, həm də yaxşı oyunçudur və oyunda çox yaxşı top ötürür.

Norveç baş nazirinin qeyri-adi hobbisi də var - kompüter oyununda "pokemon" ovlamaq. Baş naziri parlamentin iclasında və rəsmi səfərlərdə də bu oyunu oynayan görüblər....
скачать dle 11.3