Moldova prezidenti İqor Dodonun korteji qəzaya düşüb.
Bu barədə TASS Moldova liderinin açıqlamasına istinadən məlumat yayıb.
Dodon bildirib ki, hadisə onun işdən rayonlardan birinə səfərə gedərkən baş verib.
“Əks zolağa qəfildən avtomobil çıxdı, və mənim avtomobilimin arxasınca gələn maşına çırpıldı”, - Dodon deyib.
Prezident qeyd edib ki, hazırda polis qəzanın səbəblərini dəqiqləşdirir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında da İ.Dodon qəzaya düşmüşdü. Həmin hadisə zamanı prezident xəstəxanaya yerləşdirilmişdi.