"Chanel"in kreativ direktoru, dizayner Karl Laqerfeldin ölümündən sonra 200 milyon dollarlıq mirasının kimə qalacağı ilə bağlı müxtəlif iddialar var.
Median.Az axşam.az-a istinadən bildirir ki, "La figaro" qəzeti əgər Karlın varisi pişiyi Şopet göstərilərsə, Fransa qanununlarının bir heyvana miras qalmasına icazə vermədiyini bildirib.
Bu, o halda mümkün olar ki, pişiyin baxıcısı olsun.
Qeyd edək ki, pişiyin sosial media hesabı var və əldə etdiyi reklam gəlirlərindən ildə 3 milon avro pul qazanır.
Onu da bildirək ki, iddialar arasında Laqerfeldin mirasının böyük bir hissəsinin xaç atalığını etdiyi 11 yaşlı oğluna qalacağı bildirilir.