Venesuelanın vitse-prezidenti Delsi Rodriqes bildirib ki, ölkə Aruba, Boneyr və Kyurasao adaları ilə dəniz sərhədini bağlayır, həmçinin həmin ada ölkələrinə bütün uçuşları dayandırır.
Bu barədə Median.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Rodriqesin sözlərinə görə, bu tədbirlər ona görə lazımdır ki, ada hökumətləri beynəlxalq hüququ izləməyə və ona hörmət etməyə başlasınlar.
"Venesuela təkcə sərhədlərini bağlamağa yox, həm də həmin ölkələrlə münasibətləri təkrar gözdən keçirməyə qərar verib", - deyə Rodriqes əlavə edib.
O, qeyd edib ki, bu tədbirlər qeyri-müəyyən müddətə uzana bilər.
Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.