Rusiyanı qrip virusu bürüdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:43 Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB)  |     17:40 Azərbaycanda qardaşın qardaşı öldürməsinin SƏBƏBİ MƏLUM OLDU (YENİLƏNİB)  |     17:37 Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu  |     17:34 Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı  |     17:31 Madaqaskar sahillərində iki gəmi çevrildi: 20-dən çox insan həlak oldu  |     16:33 AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib  |     16:32 Bədənin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?  |     14:51 İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb  |     14:01 "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb  |     13:37 Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB  |     12:48 Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub  |     12:47 Ukraynalı nazir: "COP29-da 300 milyardlıq iqlim hədəfinin razılığa gəlinməsi strateji sazişdir"  |     12:32 Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb  |     12:26 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  |     12:22 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     12:20 Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı  |     12:19 Sumqayıtda hamilə qadın qəfil öldü  |     12:18 Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI  |     22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |    

Rusiyanı qrip virusu bürüdü

Qrip virusu Rusiyanın artıq 43 regionunu bürüyüb. Xəstəliyin yayılması barədə son məlumatlar “Rospotrebnadzor”da səsləndirilib.

Qurumun məlumatına görə, bu gün xəstəliyə yoluxanların sayının artması səbəbindən Samara vilayətində və Kirovda məktəblər bağlanılıb, Şimali Osetiyada və Xantı-Mansiysk mahalında karantin müddəti daha bir həftə uzadılıb.

Bryanskın, Voronejin və Tomsk vilayətinin tibb və təhsil müəssisələrində xüsusi rejim tətbiq olunub. “Rospotrebnadzor”un başçısı Anna Popova bildirib ki, hazırda Rusiyanın bütün ərazisi üzrə 2,5 min məktəb və təxminən min uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatlara əsasən, ötən həftə virus infeksiyaları və qrip ölkənin bir sıra regionlarını əhatə edib. Xəstəlik təkcə Şimalda yayılmayıb. Belə ki, Stavropolda həkimə yardım üçün 7 mindən artıq insan müraciət edib. “Rossiya 24” telekanalı xəbər verir ki, meriyadan məktəblilərin dərsə yalnız gələn həftənin əvvəllərində qayıda biləcəklərini deyiblər.

Moskvada xəstəliyə yoluxma dərəcəsi hələ ki, epidemiya həddindən təxminən 20 faiz aşağıdır. “Rospotrebnadzor”da qeyd ediblər ki, paytaxt sakinlərinin yarısından çoxu qrip əleyhinə peyvənd etdiriblər. Sankt-Peterburqda yoluxma artıq epidemiya həddini ötüb keçib. Risk qrupunda olanlar 3 yaşından yuxarı uşaqlardır.

Rusiyanın baş sanitar həkimi maksimal yoluxma həddinin təxminən iki dəfə ötüb keçdiyi qeydə alınan beş regionun adını çəkib. Anna Popovanın sözlərinə görə, bu regionlara Buryatiya, Yakutiya, Xakasiya, Altay diyarı və Sverdlovsk vilayəti aiddir. (Azərtac)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 614 06.02.19 22:22