Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan dünən axşam TRT-nin xüsusi buraxılışında bir çox sualları cavablandırıb.
İki saata yaxın davam edən verilişdə Türkiyə prezidenti bələdiyyə seçkiləri, 15 iyul 2016-cı ildə törədilən çevriliş cəhdi, Qaşıqçı cinayəti və digər məsələlərdən danışıb.
FETÖ-dən danışan Ərdoğan dünyanın bir çox ölkələrindən bu terror təşkilatının liderlərinin Türkiyəyə təslim etdiklərini açıqlayıb: “Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə, sağ olsun İlham Əliyev qardaşım, təslim etdi”.
Türkyə prezdenti FETÖ-nün ABŞ Konqresinə qədər uzanan ayaqlarının olduğunu deyib.
Ərdoğan FETÖ-yə qarşı çox əməliyyatın keçiriləcəyini də açıqlayıb: “Dövlətin içində, dövlətin müxtəlif qurumlarında, polisdə, orduda, hər yerdə var. Onun üçün asan deyil. Bu, metastaz verib”.
Canlı yayımda Ərdoğan HDP ilə PKK əlaqələrini də dəyərləndirib: “HDP bərabərdir PKK, bərabərdir YPG. Heç sağa, sola qaçmamalarının anlamı yoxdur”.