Devid və Viktoriya Bekhem cütlüyü sosial mediada etdikləri paylaşımlarla Londondakı 31,5 milyon sterlinq dəyəri olan evlərini nümayiş etdirirlər.
Median.az axşam.az-a istinadən xəbər verir ki, Londonun ən nüfuzlu bölgələrindən biri olan "Holland Park"da yerləşən evdə 6 yataq otağı var.
Cütlük 19-cu əsrdə inşa edilən evi 2013-cü ildə alsa da, oraya 2016-cı ildə köçüb.
Viktoriya Bekhem evin 7-ci yataq otağını qarderob otağına çevirib.
Evin dekorasiyasında daha çox diqqət çəkənlər əntiq vazlar və güzgülərdir.
Üç mərtəbəli evdə Bekhemın dörd övladının da özünə aid otağı, idman zalı, iş və şərab otağı var.