Ukraynada azərbaycanlı qarətçilər kameraya düşdülər - FOTO/VİDEO
Ukraynanın Xarkov şəhərində polis zərgərlik mağazasına hücumda şübhəli bilinən altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Median.Az tsn.ua portalına istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polis rəisinin birinci müavini Vyaçeslav Abroskin məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 19-da Denropetrovsk vilayətində baş verib. Azərbaycanlılar mağazaya daxil olaraq, oranı qarət edib.
Saxlanılma zamanı onların üzərindən 1,5 kiloqram qızıl-zinət əşyaları və odlu silah götürülüb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!