Türkiyənin İstanbul şəhərindəki həbsxanalardan birində saxlanılan Adnan Oktarın görüntüləri yayılıb.
Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, fotolarda beş aydır həbsxanada saxlanılan Oktarın saçlarının ağardığı və arıqladığı görünür.
Xatırladaq ki, Adnan Oktar 235 müridi ilə birlikdə ötən il iyulun 11-də saxlanılıb.
Onun yaşadığı evdən çoxlu sayda silah-sursat aşkar edilib.
Oktar “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə ittiham edilib.