Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |    

Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq

ABŞ Müdafiə Nazirliyi ölkədə yaşamaq hüququ əldə etmiş “green card” sahiblərinin və xaricdə qohumları olanların yoxlanılması planını işləyib hazırlayır.

Bu barədə yanvarın 16-da “The Washington Post” qəzeti nazirliyin nümayəndələrinə və iş sənədlərinə istinadən məlumat yayıb.

Yeni qaydalar 15 fevral tarixindən gec olmayaraq qüvvəyə minəcək və minlərlə insana şamil ediləcək. Bu qaydalar təkcə əcnəbilərə deyil, həmçinin, digər ölkə vətəndaşları ilə ailə quran amerikalılara və ikili vətəndaşlığa malik qohumları olan amerikalılara da tətbiq ediləcək.

“Bu cür tədbirlərin görülməsinin başlıca səbəblərindən biri əks-kəşfiyyat və terror təhlükəsi ilə bağlı olan zərurətdən irəli gəlir”, - deyə Pentaqonun sənədlərindən birində qeyd edilir.

Qeyd edilir ki, yoxlanış zamanı ölkəyə yeni təşrif buyuranlar hərbi hazırlıq proqramlarından kənarlaşdırılacaqlar.

Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp “green card” lotereyası ilə ölkəyə gələn insanların öz cəmiyyətlərinin ən pis nümayəndələri olduğunu söyləmişdi.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 342 17.01.19 12:50