Qlobal fəlakət yaxınlaşır: İçməli su qıtlığı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:11 Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər  |     19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |    

Qlobal fəlakət yaxınlaşır: İçməli su qıtlığı

Avstraliyanın Yeni-Cənubi Uels Universitetinin alimləri qlobal istiləşmənin uzunmüddətli quraqlığa və içməli su qıtlığına yol açacağını bəyan ediblər.

Elmi araşdırmanın nəticələri haqqında press-reliz “Phys.org” saytında dərc olunub.

Tədqiqatçılar 43 min meteoroloji stansiya və 160 ölkədə çay axının monitorinqini aparan 5300 məntəqənin topladığı məlumatları təfsilatlı şəkildə təhlil edib. İqlim dəyişikliyinin müntəzəm ekstremal yağıntılara təsir göstərməsinə baxmayaraq, iri çaylarda su səviyyəsinin aşağı düşməsi bir çox bölgələrdə quraqlığa yol aça bilər.

Mütəxəssislər bu paradoksu torpağın quruması ilə əlaqələndirir. Torpaq təbəqəsinin yağıntı suları ilə təmasından sonra artıq rütubətin çaylara axması (ümumi yağıntı miqdarının 36 faizə yaxını) müşahidə olunurdusa, quru torpaq özünə daha çox su çəkir və nəticədə, çaylara normadan az qrunt suları daxil olur.

Nəticədə, torpaqlar hava temperaturunun artımı ilə rütubətini itirir. Bu, dünyanın müxtəlif bölgələrində ferma və şəhərlərin su təchizatına ciddi təhdid yaradır.

Digər yandan, normadan artıq yağıntı, yaşayış məntəqələrində faciəvi daşqınlara yol açır və içməli su hövzələrini effektiv şəkildə doldurmaq mümkün olmur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 748 14.12.18 12:08