Sosial şəbəkədə “Miss Bağdad - 2014” müsabiqəsinin qalibi, iraqlı model Tarı Faresin qətlinin görüntüləri yayılıb.
Kadrlarda kişinin sükan arxasında olan Faresə atəş açması, daha sonra motosikletlə oradan uzaqlaşması əks olunub. Qızın avtomobili digər maşına dəyərək dayanıb.
Qeyd edilib ki, 22 yaşlı modeli ekstremist öldürüb. Ölümündən bir gün əvvəl, yəni sentyabrın 27-də onu İraqın sosial şəbəkədəki ən məşhur ulduzu adlandırıblar.