Pakistanın hakim partiyası olan “Texrik-e-İnsaf”ın (Ədalət üçün hərəkat) namizədi Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.
Median.Az xəbər verir ki, bununla bağlı “Geo” TV səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən məlumat verib.
Seçkilər federal parlamentdə və dörd əyalət assambleyasında yerli vaxtla 10-dan 16-yadək keçirilib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanması gözlənilir.
Ölkə prezidenti postu uğrunda üç namizəd mübarizə aparıb: Arif Alvi, Pakistan Xalq Partiyasından Aizaz Axsan və müxalif birləşmələrin nümayəndəsi Maulana Fazl-ur-Rahman.