İranın Kirmanşah vilayətində 6,1 bal gücündə baş verən zəlzələ qurbanlarının sayı artıb.
Press-TV telekanalının yaydığı məlumata görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 140 nəfər yaralanıb.
Qeyd edək ki, daha əvvəl zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 58 nəfərin yaralandığı xəbər verilmişdi.
Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.
(Azertac)