İranın Məşhəd şəhərində üç yaşayış evi uçub.
Median.Az “Fars News” agentliyinə istinadla xəbər verir ki, buna binalardan birində su qızdırıcısının partlaması səbəb olub.
Partlayış nəticəsində 15 binaya ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, hadisə zamanı 10 nəfər həlak olub, beş nəfər yaralanıb.