Peruda 7,1 bal gücündə zəlzələ baş verib. Bununla bağlı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Median.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 09:04-də qeydə alınıb.
Zəlzələnin episentri İberiya bölgəsindən 138 kilometr aralıda, yerin 609,5 kilometr dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yoxdur.