Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb.
Median.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "Mitsubishi" markalı xidməti polis maşını M-05 Kiyev-Odessa avtomagistralı ilə hərəkət zamanı yolu keçməyə çalışan piyadanı vurub öldürüb.
Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb. Bu barədə patrul polisinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, aldığı xəsarətlərdən hadisə yerində ölmüş piyada Azərbaycan vətəndaşıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.