Rusiya çəkiliş qrupunun üzvləri Mərkəzi Afrika Respublikasında öldürülmədən əvvəl oğurlanıb və dindirilib.
Median.Az xəbər verir ki, bununla bağlı “Palmarescentrafrique.com” portalı mənbəyə istinadla məlumat yayıb.
Sayt iki cəsədin olduğu foto da paylaşıb.
Məlumata əsasən, jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenkonu Dekoa şəhərinə gedən yollara nəzarət edən “Seleka” müsəlman qruplaşmasının silahlıları öldürüb. Onlara Nurəddin Adam adlı şəxs rəhbərlik edir.
Nəşr qeyd edib ki, rusiyalıların müşayiət edilmədən getmək qərarı “böyük səhv” olub.
Rusiyalı çəkiliş qrupunun “Seleka” silahlıları tərəfindən öldürülməsi versiyası artıq səsləndirilib. Digər versiya isə qarətdir.