Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Çox yatmağın ən böyük təhlükəsi açıqlandı

15.06.2018 11:38 6 025
Çox yatmağın ən böyük təhlükəsi açıqlandı
Natamam yuxu kimi, normadan artıq yatmaq da insan orqanizmində neqativ dəyişikliklərə yol açır.

Bununla bağlı araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

Seul universitetinin mütəxəsisləri 2004-2013-cü illər ərzində hər iki cinsdən olan 40-69 yaşlarında 133 mindən çox insanın səhhəti ilə bağlı aparılmış qeydləri yenidən təhlil edib. Təhlil olunan materiallarda iştirakçıların keçirdiyi xəstəliklər, həyat tərzi, pəhrizi, gördüyü fiziki işin həcmi və digər faktorlar nəzərə alınıb.

Qadınların 24,5, kişilərin isə 29 faizində hipertoniya şəklində özünü büruzə verən metabolik sindrom (yüksək triqleserid və şəkər miqdarı, aşağı faydalı xolesterin miqdarı) aşkarlanıb.

Alimlər qeyd edir ki, metabolik sindromdan ən çox əziyyət çəkən iştirakçılar günə altı saatdan az və on saatdan çox yatanlar olub.

Maraqlıdır ki, araşdırmanın nəticəsində görə, həddindən az yatmaq daha çox kişilərin, həddindən çox yatmaq isə daha çox qadınların orqanizminə ciddi ziyan vurub.//oxu.az

Son xəbərlər