Hitlerin sualtı qayığı tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 "Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar: "Evimizə necə tez gedək?" - VİDEO  |     14:49 Çindən Azərbaycana gətirilən avtomobillər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO  |     14:16 Metronun "28 May" stansiyasının qarşısındakı təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO  |     14:05 Bakıda beşotaqlı ev yandı  |     14:02 Polkovnik Samir Həziyev barədə yeni qərar  |     13:52 Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb  |     13:19 Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı  |     13:14 Paris-2024: Dürsədəf Kərimova məğlub olub  |     22:57 İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb  |     22:52 Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub  |     22:43 Şirvanda şəhidin oğlu özünü asıb - FOTO  |     22:35 Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI  |     22:23 MN antiterror əməliyyatından görüntülər yaydı - VİDEO  |     22:11 Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq  |     22:00 Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub  |     21:51 Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var  |     21:43 Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib  |     21:32 Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb  |     21:15 Azərbaycan FHN-in Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub - VİDEO  |     20:32 “Azərbaycan Dəmir Yolları” onlayn bilet satışını təkmilləşdirib - VİDEO  |    

Hitlerin sualtı qayığı tapıldı

Faşist Almaniyası rəhbərliyini Cənubi Amerikaya çatdırdığı iddia olunan “U-3523” sualtı qayığı, 73 il sonra Danimarka sahilləri yaxınlığında dənizin dibində aşkarlanıb.

Bu barədə “The Daily Star” məlumat yayıb.

Nəşrin məlumatına görə, sualtı qayıq Skaqen şəhərində on dəniz mili şimalda tapılıb. Dəniz dibinin müayinəsi sualtı qayığın 123 metr dərinlikdə, dalğıclar üçün əlverişsiz mövqedə yerləşdiyini göstərib. Qeyd olunur ki, qəza anında sualtı qayığın göyərtəsində 58 ekipaj üzvü olub.

Bundan əvvəl tədqiqatçılar, submarinin Britaniyanın “B-24 Liberator” bombardmançısının 6 may 1945-ci ildə endirdiyi zərbədən sonra batdığını ehtimal edirdi.

Ancaq qayıqdan heç bir əsər-əlamətin olmaması müxtəlif şayələrin yayılmasına yol açmışdı.

Ən populyar versiyalardan birinə görə qayığın göyərtəsində Adolf Hitler daxil olmaqla, aparıcı nasist məmurlar yer alıb və onlar sağ-salamat Cənubi Amerikaya çatıb.

Bu şayiələrin yayılmasına eyni zamanda ABŞ kəşfiyyatının əldə etdiyi bəzi şahid ifadələri təkan verib. Belə ki, bəzi mənbələr ikinci dünya müharibəsindən sonra Hitleri Kolumbiya və Argentinada sağ-salamat gördüklərini əmin edib.

Habelə Danimarkanın Dəniz müharibəsi muzeyi “U-3523” sualtı qayığının nasist rəhbərliyini və ya qiymətli əşyaları, o cümlədən qızıl külçələri daşıması haqqında heç bir sübutun olmadığını bildirir./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 179 19.04.18 11:31