Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.
Median.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, toplantının mövzusu Suriyadakı vəziyyətdir.
Bundan əvvəl bir neçə internet portalı döyüşçülərə istinadən Suriya ordusunun Duma şəhərində xlor bombasından istifadə etməsinə dair xəbərlər yayıb. Həmçinin bombardman nəticəsində 25-70 nəfərin öldüyü bildirilib.
Eyni zamanda Dumadan olan həkimlər xəstəxanaya kimyəvi zəhərlənmə əlaməti ilə xəstələrin daxil olmadığını bildiriblər.