Bayılda işıq, qaz və su xətləri sökülür » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |    

Bayılda işıq, qaz və su xətləri sökülür

Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, Bayıl sakinləri bildiriblər ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılıb:

"Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur".

Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir: "Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib:
"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarı ilə həmin ərazidə təxminən 100-ə yaxın evə suyun verilişi dayandırılıb. Sürüşmə ərazisinin ətrafında yerləşən, təhlükəli yerdə olmayan hissələrə də su eyni xətdən verilir. Ona görə də təhlükəli olmayan mənzillərdə yaşayan sakinlərə su verilməsi üçün qəzalı mənzillərə gedən su xətti şəbəkədən ayrılıb. Hələ ki, su xətləri kəsilib daşınmır, mənzillərdə olan sayğaclar və su xətləri olduğu kimi qalır".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev bildirib ki, əraziyə yalnız təbii qazın verilişi dayandırılıb: "Xətlərin sökülməsi ilə bağlı heç bir iş görülmür. Sadəcə, köçürülən evlərin qaz təchizatı dayandırılıb. Əgər ərazidə söküntü işlərinə başlanarsa, həmin vaxt bizə müraciət oluna, ondan sonra qaz xətlərinin söküntüsünə başlana bilər".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, ərazidə sürüşmə zamanı zədələnən xətlərin dirəkləri götürülür: "İşıq dirəkləri və xətlər sökülmür. Sadəcə, sürüşmə nəticəsində həmin ərazidə bir neçə işıq dirəyi zədələnib, xətlər əhali üçün təhlükə yaradıb. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alaraq, həmin dirəklər və xətlər götürülür. Onsuz da həmin əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Amma sayğaclar və mənzillərə çəkilən xətlər sökülməyib".

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 245 03.02.18 21:41