Yeni yayılan virus üçün risk qrupları müəyyən edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Yeni yayılan virus üçün risk qrupları müəyyən edildi

"Beş yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı yaşlı insanlar və immun çatışmazlığı olan insanlar metapnevmovirus infeksiyasını ağır keçirə bilərlər. Buna görə də, onlar risk altındadır".

Median.Az
"RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov deyib.

Mütəxəssisin sözlərinə görə, metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Onun simptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır. Yetkinlərdə xəstəlik simptomsuz keçə bilər.

Çulanov qeyd edib ki, metapnevmovirus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.

Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər simptomlarla müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə, xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 06.01.25 12:03