Aİ-nin 16 ölkəsi elektron siqaretlərlə bağlı qanunu dəyişmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |    

Aİ-nin 16 ölkəsi elektron siqaretlərlə bağlı qanunu dəyişmək istəyir

Avropa İttifaqının 16 ölkəsi birlikdə Avropa Komissiyasına müraciət edərək, ümumavropa tütün qanunvericiliyinə dəyişikliklər edilməsini və onun elektron siqaretləri də əhatə etməsini tələb edib. Elektron siqaretlər getdikcə daha çox populyarlaşır.

Qaynarinfo xəbər verir ki, bu təşəbbüsə Niderland rəhbərlik edib və onu Fransa, İspaniya, Almaniya, Belçika, Portuqaliya, İrlandiya, Danimarka, Finlandiya, Estoniya, Latviya, Çexiya, Slovakiya, Bolqarıstan, Xorvatiya və Sloveniya dəstəkləyib.

Bu ölkələrin maliyyə nazirləri tərəfindən Avropa Komissiyasına göndərilən və agentliyin əldə etdiyi məktubda bildirilir ki, ümumavropa qanunvericiliyinin yenilənməsinə ehtiyac var. Məqsəd, hazırda müxtəlif ölkələrdə fərqli yanaşmalar tətbiq olunan, o cümlədən elektron siqaretlərə aksiz vergisinin tətbiqinə dair fərqlilikləri aradan qaldırmaqdır. Bu isə vahid bazarda təhriflərə səbəb olur.

"Mövcud direktiv əsasında bu məhsulların əksəriyyətini ənənəvi tütün məhsulları kimi vergiyə cəlb etmək mümkün deyil. Mövcud direktivin müddəaları ya kifayət deyil, ya da çox dar çərçivədədir... Avropa qanunvericiliyinin çatışmazlıqları səbəbindən üzv ölkələr milli səviyyədə uyğun addımlar atıblar. Bu, parçalanmaya, qeyri-bərabər rəqabət şərtlərinə və daxili bazarımızda təhriflərə səbəb olub", - nazirlər qeyd edib.

Qeyd edək ki, 2022-ci ildən etibarən Aİ-də tütün qanunvericiliyinə müəyyən dəyişikliklər qüvvəyə minməli idi, lakin bu dəyişikliklər təxirə salınıb.

Avropa Komissiyası elektron siqaretlər üçün, xüsusən də nikotin miqdarı və siqaret çəkməyən şəxslərin istifadə etməməsi ilə bağlı bəzi standartlar müəyyən edib. Lakin elektron siqaretlərlə bağlı qaydalar ölkələr arasında fərqlənir.

Xatırladaq ki, Fransanın əvvəlki hökuməti nikotin tərkibli bəzi məhsullar, xüsusilə də nikotin kisələrinin qadağan olunması barədə müzakirələr aparmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 09.12.24 21:45