"ChatGPT" ilə effektiv ünsiyyətin sirləri: Ekspertdən təlimat » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |     17:06 Sahil Babayev karateçi olub - Nadir fotolar ortaya çıxdı (FOTO)  |     23:06 İTV-nin canlı yayımına haker hücumu oldu  |     22:52 İran valyutasından yeni antirekord  |     22:44 Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı  |     22:29 Fransada atışma: Ölən və yaralanan var  |     22:15 Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO  |     21:52 İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi  |     21:48 "Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"  |     21:36 80 yaşlı Vanq Vanlin 700-dən çox uşağı xilas etdi  |     21:33 "Real Madrid" hər oyundan 10 milyon avro qazanacaq  |     21:31 Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:12 Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var  |     20:57 Sumqayıtda ana və övladı dərmandan zəhərlənib  |     20:49 Sumqayıtda ana və övladı dərmandan zəhərləndi  |     20:29 Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb  |    

"ChatGPT" ilə effektiv ünsiyyətin sirləri: Ekspertdən təlimat

"ChatGPT" kimi neyroşəbəkə çat-botları ilə ünsiyyət qurmaq sadə və intuitiv bir proses kimi görünə bilər. Lakin həqiqətən keyfiyyətli və faydalı cavablar əldə etmək üçün müəyyən qaydalara əməl etmək vacibdir".

Median.Az
Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Natalya Bruy danışıb.

O bildirib ki, hətta ən təcrübəli prompt mühəndisləri belə ilk cəhddən ideal sorğu yarada bilmirlər.

"Effektiv promptların hazırlanmasında əsas prinsip yoxlama və təkrarlamadır. Bu proses müxtəlif sorğu formullarını sınamaq və alınan cavablara əsasən onları təkmilləşdirməkdən ibarətdir. Məsələn, çat-botdan smartfonun üstünlüklərini vurğulayaraq təsvir hazırlamağı xahiş etsək, neyroşəbəkə çox güman ki, yalnız cihazın bir xüsusiyyətinə diqqət yetirəcək. Belə hallarda, çatışmayan məlumatları əlavə etməyi və ya sorğunu daha dəqiq tərtib etməyi xahiş etmək lazımdır. Məsələn, "Smartfonun əsas funksiyalarını təsvir et, xüsusilə kamera imkanlarına və batareyanın ömrünə diqqət yetir" deyərək sorğunu dəqiqləşdirə bilərsiniz" ,- deyə mütəxəssis qeyd edib.

Natalya Bruy, həmçinin vurğulayıb ki, neyroşəbəkələr bloklara bölünmüş təlimatları daha yaxşı qəbul edir:

Kontekst - sorğunun mövzusu.
Kontekstin işlənməsi üzrə təlimat - cavabın hazırlanmasında nəyə diqqət yetirilməli olduğu.
Cavabın çıxış formatı - press-reliz, xəbər, məhsul kartı və s.
Bu sadə məsləhətlərə əməl etməklə istifadəçilər süni intellekt əsaslı çat-botlardan aldıqları cavabların keyfiyyətini və informativliyini əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 06.12.24 13:29