Zaporojiya vilayət administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiyanın əsarətində olan və 2022-ci ilin mart ayında qaçırılan Dneprorudnoye şəhərinin meri Yevgeni Matveyev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fyodorovun "Telegram" hesabında bildirlib.
"Zaporojiya vilayətinin Dneprorudnoye şəhəri 2022-ci ilin fevral ayının sonunda ruslar tərəfindən işğal edildi. Daha sonra şəhərin meri Yevgeni Matveyev əsir götürüldü. 2 il 8 ay ərzində o, işğalçıların əsarətində qaldı və işgəncələrə məruz qalaraq həlak oldu", məlumatda deyilir.
Vilayət rəhbərinin sözlərinə görə, son mübadilə zamanı həlak olanın cəsədi Ukraynaya qaytarılıb.
Dneprorudnoye şəhər merinin Rusiya işğalçıları tərəfindən qaçırılması 2022-ci ilin 13 martında məlum olub.
2024-cü il noyabrın 29-da Donetsk, Luqansk və Zaporojiya istiqamətlərində, eləcə də Rusiya ərazisində həlak olmuş 502 müdafiəçinin cəsədi Ukraynaya qaytarılıb.