Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib

Planetimizdə deqradasiyaya uğramış ərazilərin sahəsi artıq 15 milyon kvadrat kilometrə çatıb ki, bu da Antarktidanın sahəsindən 2 milyon kvadrat kilometr çoxdur.

Bu barədə "The Guardian" alimlərin tədqiqatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, bu narahatedici fakt meşələrin qırılması və iqlim dəyişikliyi ilə daha da ağırlaşan torpaq tükənməsi probleminin ciddiliyini göstərir.

"Son 10 ildə ağacların və torpağın atmosferdəki artıq CO2-ni udma qabiliyyəti 20% azalıb. Bu, karbon qazının təbii udulmasının effektivliyini itirməsi deməkdir ki, bu da qlobal istiləşmənin sürətlənməsinə səbəb ola bilər", - deyə alimlər vurğulayıblar.

Elm adamları torpaq resurslarından istifadə yanaşmalarına təcili yenidən baxılmasına çağırış edirlər. Onların hesablamalarına görə, dünyada torpaqların deqradasiyası minimum ildə 1 milyon kvadrat kilometr sürətlə baş verir. Əgər təcili tədbirlər görülməsə, bu tendensiya yalnız artacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            165 03.12.24 13:09