Demensiya inkişafının əsas risk amilləri açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Demensiya inkişafının əsas risk amilləri açıqlanıb

Hipertoniya, hərəkətsiz həyat tərzi, aşağı təhsil səviyyəsi, depressiya, tənhalıq, diabet və siqaret çəkmək demensiya inkişafı riskini artırır.

Bu qənaətə İtaliya alimləri “European Journal of Public Health” (EJPH) jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən gəliblər.

Mütəxəssislər 130 min insanın həyat tərzini və sağlamlıq vəziyyətini təhlil ediblər. Nəticələr göstərib ki, bu xəstəliyin patogenezində əsas rolu yüksək arterial təzyiq oynayır. 65 yaşına qədər təzyiqi normal səviyyədə saxlamaq demensiya riskini 6,3 % azaldır.

Buna düzgün qidalanma, fiziki aktivlik və lazım gəldikdə dərmanların köməyi ilə nail olmaq mümkündür. Alimlərin qeyd etdiyi kimi, 65 yaşdan sonra passiv həyat tərzi koqnitiv pozuntuların riskini 5,9 % artırır, buna görə də beyin sağlamlığı üçün mümkün olan hər hansı formatda məşq etmək tövsiyə olunur.

Həmçinin tədqiqat təhsillə demensiya riski arasında əlaqəni aşkar edib. Ali təhsil onun inkişaf ehtimalını 5 % azaldır. Psixoloji sağlamlıq da mühüm önəm daşıyır: 65 yaşdan sonra depressiya yaddaş və diqqət problemləri riskini 4,5 % artırır. Təcrid və tənhalıq da koqnitiv pozuntuların təhlükəsini 4,4 %, diabet 3,9 %, siqaret çəkmək isə 2,4 % artırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 07.11.24 19:13