ABŞ-li iş adamı İlon Maskın sərvəti sahibi olduğu "Tesla" şirkətinin səhmlərinin bahalaşması səbəbindən 26.5 milyard dollar artıb.
Bu rəqəm "Bloomberg" Milyarderlər İndeksinin (BBI) məlumatlarında əks olunub.
Materiala əsasən, "Tesla"nın səhmlərinin qiyməti yaxın zamanlarda, demək olar ki, 15% yüksəlib. Noyabrın 6-da keçirilən ticarət əməliyyatlarının yekunlarına görə, qiymətli kağızlar 14.75% bahalaşıb.
Bununla belə, noyabrın 7-də səhər saatlarında şirkətin səhmlərinin post-ticarətdə qiyməti 0.63% aşağı düşüb.
Lakin eyni zamanda, İlon Mask BBI-yə görə, dünyanın ən varlı adamları reytinqində hələ də birinci yerdədir. Onun sərvəti 290 milyard dollar təşkil edir.