Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər olacaq

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər ediləcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, məqsəd sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etməkdir. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur:

- 10-14 noyabrda yalnız aviabileti olan sərnişinlər "Terminal 1" və "Terminal 2"yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur. Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabrda hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.

- Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi - Yusif Səfərov küçəsi - İzzət Orucova küçəsi - Fəzail Bayramov küçəsi - 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

- COP29 müddətində (10-22 noyabrda) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.

- Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edilib ki, hava limanı COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 07.11.24 13:13