Ərəb qəhvəsinin (Arabika) vətəni olan Efiopiyada qəhvə istehsalı əhalinin 20%-dən çoxu üçün gəlir mənbəyidir. Alimlərin yeni araşdırmasında müəyyən edilib ki, 2080-ci ilə qədər iqlim dəyişikliyi qəhvə yetişdirmək üçün yararlı ərazilərin 30-44% artmasına səbəb olacaq.
Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Alimlər mövcud qəhvə istehsalı zonalarının paylanmasını və HadGEM2 və CCSM2 modellərindən proqnozlaşdırılan iqlim dəyişikliyini təhlil ediblər. Nəticələr göstərib ki, iqlim dəyişikliyi 2080-ci ilə qədər qəhvə yetişdirmək üçün yararlı əraziləri HadGEM2 və CCSM2 modellərinə görə müvafiq olaraq təxminən 44.2% və 30.37% artıracaq.
Tədqiqat, həmçinin göstərib ki, yetişdirmə zonaları qərb və şimal-qərb istiqamətində dəyişəcək. Bununla yanaşı, hazırda qəhvə yetişdirilən bəzi ərazilər ərəb qəhvəsi istehsalı üçün yararsız hala gələcək. Nəticələr Efiopiyaya iqtisadiyyatın ciddi pisləşməsinin qarşısını almaq üçün iqlim dəyişikliyinə hazırlaşmağa kömək edəcək.