Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Aleksey Navalnının həyat yoldaşı Rusiya prezidenti olmaq niyyətindədir

Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya ölkəyə gəldikdən sonra Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.

Bu barədə o, BBC-yə müsahibəsində bəyan edib.

"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkiyə gedəcəyəm", - deyə Navalnaya bildirib.

O, həmçinin belə bir qərarın bütün risklərini dərk etdiyini və ölkəyə gəldikdən sonra həbs olunma təhlükəsi ilə üzləşəcəyini dərk etdiyini deyib.

Xatırladaq ki, Moskvanın Basmannı rayon məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. O, "ekstremist cəmiyyətdə iştirak" ilə bağlı cinayət işində təqsirləndirilir.

Bundan əlavə, Navalnaya beynəlxalq axtarışa verilib. Ona iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi və ya ölkədə saxlanıldığı andan hesablanacaq. Onun vəkilləri məhkəmənin qərarına etiraz edərək Navalnayaya seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti veriblər. Lakin məhkəmə şikayəti rədd edib və hökmü qüvvədə saxlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 21.10.24 12:36