İran 2025-ci ilin aprelində artıq öz arsenalında on nüvə başlığı əldə edə bilər.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktor müavini Olli Heynonen "The Times”ə müsahibəsində bildirib.
O həmçinin İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlərin gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün istifadə oluna biləcəyini də iddia edib.