Mojo.az Banner
23:30 Alkoqol və çeynənən tütünün eyni vaxtda istifadəsi sağlamlığa necə zərər verir?  |     23:16 Finlandiya rabitə kabelini zədələyən gəmini saxlayıb: Ekipaj üzvləri arasında azərbaycanlılar da var  |     23:15 KİV: Ramzan Kadırov təcili xəstəxanaya yerləşdirilib  |     20:11 Yaponiyada güclü zəlzələ baş verdi  |     19:08 Həbsxanalarla bağlı YENİLİK  |     18:54 Yeni il dünyada qeyd olunmağa başladı  |     18:50 Fransada 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan edilir  |     17:48 Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub  |     17:46 Yeni ildən bu cərimələr artacaq (Video)  |     16:19 Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     16:12 Bakıda restoranda yanğın olub  |     16:11 Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı  |     15:22 Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub  |     15:11 Azərbaycan iqtisadi gücünə görə dünyada neçənci yerdədir?  |     15:02 "Euronews": Bakı tarix və müasirliyin vəhdətinin nümunəsidir (Video)  |     15:00 2010-cu ildən bəri ilk dəfə: Amerika biznesini iflas dalğası bürüyüb  |     14:42 "Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb  |     13:56 Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar  |     13:48 İngiltərə klubu ağlagəlməz antirekordu təkrarladı  |     13:46 Qar yağacaq, yollar buz bağlayacaq  |    
Left Banner
Right Banner

Rusiyada helikopter qəzası: İçində deputat və iş adamı olub

27.09.2024 13:29 1 257
Rusiyada helikopter qəzası: İçində deputat və iş adamı olub
Rusiyanın Arxangelsk vilayətində yoxa çıxmış şəxsi helikopter tapılıb.

Bu barədə Median.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, qəzaya uğrayan "Robinson 44" helikopterinin göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov olublar.

İlkin məlumatlara görə, onların hər ikisi həlak olub. Helikopter Bıçye qəsəbəsindən beş kilometr aralıda qəzaya uğrayıb.

Bildirilir ki, sentyabrın 25-də Sergey Smetanin dostu, metal qırıntılarının emalı şirkətinin sahibi Aleksey Semyonovun helikopterində balıq ovuna çıxıb. İş adamı helikopteri özü idarə edib.

Əvvəlcə Arxangelskdən Ezevets kəndinə qədər uçublar. Orada bütün lazımi avadanlıqları götürərək yaxınlıqdakı mənzərəli göllərə doğru hərəkət ediblər. Balıq tutduqdan sonra kəndə qayıdıblar, yükləri boşaldıblar və Arxangelskə geri istiqamət alıblar.

Yolda yanacaq doldurmaq üçün Bıçye qəsəbəsinə eniblər. Oradan axşam saat 7 radələrində yaxınlarına son mesajlarını göndəriblər ki, artıq evə uçurlar və üç saatdan sonra çatacaqlar. Bundan sonra bir daha əlaqə saxlamayıblar.

Bir neçə saat sonra Smetanin və Semyonovun ailələri narahat olmağa başlayıblar, lakin uçuş razılaşdırılmadığı və helikopter heç bir aerodromda qeydiyyata alınmadığı üçün fövqəladə hallar xidmətinə dərhal məlumat verməyiblər.

Qeyri-qanuni helikopterin yoxa çıxması barədə yalnız ertəsi gün, faciənin baş verdiyi məlum olduqdan sonra danışmaq qərarına gəliblər. Sonradan məlum olub ki, "Robinson-44" bataqlıq əraziyə düşüb.
скачать dle 11.3