Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bankman-Fridin keçmiş sevilisinə 2 il həbs cəzası və 11 milyard dollar cərimə kəsildi

25.09.2024 21:19 1 620
Bankman-Fridin keçmiş sevilisinə 2 il həbs cəzası və 11 milyard dollar cərimə kəsildi
"Alameda Research"in keçmiş rəhbəri və kriptovalyuta şirkəti "FTX Group"un rəhbəri Sem Bankman-Fridin keçmiş sevgilisi Karoline Ellison Nyu York dairə məhkəməsində iki il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, FTX-nin iflasına səbəb olan fırıldaqçılıq və çirkli pulların yuyulmasında oynadığı rola görə 11 milyard dollar cərimə ödəməli olacaq.

Qaynarinfo xəbər verir ki, "FTX Group" 11 noyabr 2022-ci ildə iflas elan edib. Eyni zamanda, Sem Bankman-Fridin baş direktor vəzifəsindən istefa verəcəyi açıqlanıb və şirkət özü də kənardan idarəetməyə keçib.

Sem Bankman-Frid tərəfindən qurulan başqa bir şirkət olan "Alameda Research" ticarət firması yarandığı gündən qalmaqalın mərkəzindədir. Sonra məlum olub ki, "Alameda"nın nağd pulu yoxdur və onun kapitalının böyük hissəsi Sam Bankman-Fridin FTX və digər kriptovalyuta layihələrinin tokenləridir. Bundan qısa müddət sonra FTX-nin özündə likvidlik problemləri ilə bağlı məlum olub, şirkət müflis olub və rəhbərliyinə qarşı araşdırma başlayıb.

Karoline Ellison demək olar ki, dərhal günahını etiraf edib və istintaqla əməkdaşlığa razı olub. Hakim Lyuis Kaplan öz qərarında Ellisonun Bankman-Fridə qarşı işdə yardımını qeyd edib. Bununla belə, hakimin cəzası federal sınaq idarəsinin tövsiyə etdiyindən daha sərt olub. O, məhkəməyə Ellisonu faktiki olaraq müddəti çəkmədən şərti olaraq üç il həbs cəzasına məhkum etməyi tövsiyə edib. Bununla belə, hakim Kaplan bildirib ki, o, başqa insanlarda belə dələduzluğa görə cəzadan yayına biləcəkləri illüziyası yaşamaması üçün qızı real müddətə məhkum etməyə borcludur.

Son xəbərlər