Meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün 3,6 milyon dozadan çox peyvənd ayrılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün 3,6 milyon dozadan çox peyvənd ayrılıb

Dünya ölkələri meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün artıq 3,6 milyon dozadan çox peyvənd ayırıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, bu rəqəmə Avropa Komissiyası, ABŞ, Aİ-nin ayrı-ayrı ölkələri, həmçinin Danimarkanın vaksin istehsalçısı “Bavarian Nordic” tərəfindən çatdırılması üçün vəd edilən 620 min doza daxildir. Yaponiya ən çox - təxminən 3 milyon dozanın təminatını vəd edib.

ÜST həmçinin insanlarda xəstəliyin aşkarlanması və müalicəsinə çıxışını artırmaq üçün meymunçiçəyi üçün peyvəndlərin, dərmanların və sınaq avadanlığının "giriş və müəyyənləşdirmə mexanizmi"nin (“Access and Allocation Mechanism”, AAM) yaradılmasını elan edib. Təşkilatın məlumatına görə, mexanizmə ÜST, BMT, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans GAVI üzvü olan dövlətlər, eləcə də biznes nümayəndələri cəlb olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 14.09.24 19:17