Günəş-Yer xəttində güclü partlayış baş verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |    

Günəş-Yer xəttində güclü partlayış baş verdi

Bakı vaxtı ilə saat 11:40-da Günəşdə "X1.1" sinfinə aid yeni güclü partlayış qeydə alınıb.

Bu barədə Günəşin aktivliyi haqqında məlumat toplayan "XRAS" elmi platforması məlumat verib.

"Partlayış Günəşin şimal yarımkürəsində baş verib ki, bu da cari Günəş sikli üçün olduqca qeyri-adidir. Belə ki, indiyə qədər bütün aktivlik ekvatordan cənubda cəmləşmişdi", - deyə məlumatda bildirilir.

Partlayışın mərkəzi Günəş-Yer xətti üzərindədir. Buna baxmayaraq, geomaqnit vəziyyəti mülayim sabitdir. Maqnitosfer 12 avqustda baş verən güclü qasırğadan sonra demək olar ki, tamamilə bərpa olunub.

Günəşin aktivliyi ilə bağlı risklər 2-3 gün ərzində davam edəcək. Bu müddət başa çatdıqdan sonra aktiv Günəş mərkəzləri Yer üçün daha az təhlükəli zonalara keçəcək.

Tarixə nəzər salsaq, Günəş partlayışları keçmişdə də Yer üçün problemlər yaradıb. Məsələn, 1859-cu ildə baş verən "Carrington" hadisəsi teleqraf sistemlərini sıradan çıxarmışdı. Müasir dövrdə isə belə bir hadisə qlobal kommunikasiya və enerji infrastrukturuna ciddi ziyan vura bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 14.08.24 15:25