Ermənistan milli komandasının keçmiş futbolçusu Armen Fişyan Rusiyanın Stavropol diyarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirli bilinib.
Median.Az bu barədə "Vestnik Kavkaza"ya istinadən xəbər verir.
Qeyd olunub ki, 2024-cü ilin martında Armen idarə etdiyi "Mercedes" markalı avtomobillə yol polisini və polislərin daha əvvəl saxladıqları avtomobilin sürücüsünü vurub. Hər iki şəxs yerindəcə keçinib.
Məhkəmə Fişyanı yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilib və 11 il müddətinə azadlıqdan məhrum edib.
Futbolçu peşəkar karyerasını 2016-cı ildə başa vurub.