Türkiyədə əməliyyat: Dünyada minlərlə insanın şəxsi məlumatını terrorçulara satan şəbəkə çökdürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |    

Türkiyədə əməliyyat: Dünyada minlərlə insanın şəxsi məlumatını terrorçulara satan şəbəkə çökdürüldü

Türkiyədə Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası altında, Jandarm Baş Komandanlığı və Milli Kiberhadisələrə Müdaxilə Mərkəzi ilə birlikdə kibercasusluq şəbəkəsinə qarşı birgə əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Türkiyə də daxil olmaqla, dünyada minlərlə insanın şəxsi məlumatlarını ələ keçirərək terror təşkilatlarına satan kibercasusluq şəbəkəsi çökdürülüb. Şəbəkənin üzvü olan 11 nəfər saxlanılıb.

MİT-in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, xaricdə də qolları olan kibercasusluq şəbəkəsinin bir çox ölkədən ələ keçirdikləri şəxsi məlumatları terror təşkilatları da daxil olmaqla, tələb edən hər kəslə paylaşdığı müəyyən edilib. Bu şəbəkənin xüsusilə terror təşkilatlarına həyati əhəmiyyətli məlumatlar ötürdüyü məlum olub.

Saxlanılan şəbəkə üzvləri həbsxanaya göndərilib, bir çox internet saytına giriş bloklanıb.

Məxfilik qərarı olan istintaqla bağlı araşdırmalar davam edir. Şəbəkəyə qarşı əməliyyatlar təkcə Türkiyə ilə məhdudlaşmayaraq, xaricdəki əlaqələri də araşdırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 13.08.24 15:00