"Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun status haqqında danışıqlarına hazırdır".
Median.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas nəşrə müsahibəsində deyib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin altı ərəb dövləti qrupu tərəfindən təsdiqlənən "yol xəritəsi" hazırlayıb və baxılması üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edib. Bu qərarın əsasını isə İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılması təşkil edir.