Meksikalı jurnalist Alexandro Martinez Noqes Quanaxuato ştatında naməlum şəxslər tərəfindən güllələnib, onu mühafizə edən iki polis əməkdaşı yaralanıb.
Bu barədə “El Universal” ştatın İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Hücum 45 saylı federal magistralın Villaqran - Selaya şəhərləri arasında olan hissəsində baş verib. Naməlum şəxslər uzun lüləli silahlarla jurnalistin və onu qorumaq üçün təyin olunmuş iki polis əməkdaşının getdiyi avtomobilə atəş açıb.
“El Universal” xəbər verir ki, Martinez həmin ərazidə baş vermiş böyük qəzanı işıqlandırırmış. Güllə yarası alan Alexandro Martinez Noqes xəstəxanaya çetdırılıb. O, tibbi yardım alarkən dünyasını dəyişib.