Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Qan təzyiqi miqren riskini artırırmı?

02.08.2024 12:06 1 413
Qan təzyiqi miqren riskini artırırmı?
Niderlandın Erasmus Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, yüksək qan təzyiqi (xüsusilə diastolik, "aşağı") qadınlarda miqren inkişaf riskini artırır.

Median.Az
bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Araşdırmada orta yaşı 67 olan 7266 kişi və qadın iştirak edib. Qeyd edilir ki, subyektlərin 15%-i keçmişdə və ya iştirak zamanı miqrendən əziyyət çəkib. Bütün iştirakçılar tibbi müayinədən keçirilib və laboratoriya analizləri üçün qan nümunələri təqdim edilib. Onların həyat tərzləri, pis vərdişləri də qeydə alınıb. Bundan əlavə, könüllülər miqren ağrılarının tezliyi və onların gündəlik fəaliyyətlərinə təsir edən şiddətli baş ağrılarının olub-olmadığını barədə məlumat veriblər.

Fiziki fəaliyyət səviyyəsi, təhsil, çəki, cins, yaş və digər amillərə uyğunlaşdıqdan sonra tədqiqatçılar diastolik qan təzyiqi yüksəlmiş qadın subyektlərin miqren olma ehtimalının 16% daha çox olduğunu aşkar ediblər.

Alimlər, həmçinin müəyyən ediblər ki, piylənmə və yüksək qan xolesterolu bu xəstəliyin inkişaf riskinə heç bir təsir göstərmir. Bunun əksinə olaraq, siqaret çəkmə miqren ehtimalının azalması ilə əlaqələndirilib. Kişi iştirakçılarda tədqiqatçılar ürək-damar risk faktorları ilə miqren arasında heç bir əlaqə tapılmayıb.

Son xəbərlər