ABŞ-də Trampın radikal planını üzə çıxardılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |    

ABŞ-də Trampın radikal planını üzə çıxardılar

ABŞ prezidentliyinə namizəd Donald Tramp dolları zəiflətməyə hazırlaşır.

Siyasətçinin radikal planını ABŞ-nin "The New York Times" (NYT) nəşrinin jurnalistləri açıqlayıblar.

"Tramp adətən öz siyasətinin güclü olmasına üstünlük verir, lakin dollara gəldikdə, o, çoxdan fərqli mövqe tutub. Siyasətçi əmindir ki, dolların güclü olması səbəbindən amerikalı istehsalçılar üçün xaricdə öz məhsullarını valyutaları zəif olan ölkələrdən olan alıcılara satmaq çətinləşib", - deyə nəşrin müəllifləri qeyd ediblər.

Jurnalistlər əlavə ediblər ki, prezidentliyə namizədin valyutanı zəiflətmək planını necə həyata keçirməyi planlaşdırdığı hələlik bəlli deyil.

"Variantlar arasında xarici valyuta almaq üçün dollar satmaq və ya pul kütləsini artırmaq da var", - deyə qəzetin icmalçıları təxmin ediblər.

Bundan əlavə, Tramp tariflər təhlükəsi altında digər ölkələri öz valyutalarını gücləndirməyə inandıra bilər, məqalədə deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 18.07.24 17:13