Yer yavaşlayır, gün uzanır: Alimlərdən səbəblər barədə sensasiyalı açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:52 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:44 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:43 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |     16:43 Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər  |     16:17 Braziliya Prezidenti COP29-da iştirak edəcək  |     16:05 Sarayda şagird məktəbin binasından yıxıldı  |     14:21 16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı  |     14:15 Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb - FOTO  |     13:44 İsrail hərbçiləri Livanda "Hizbullah" komandirini öldürdülər  |    

Yer yavaşlayır, gün uzanır: Alimlərdən səbəblər barədə sensasiyalı açıqlama

"Qlobal istiləşmə nəticəsində qütb buzlaqlarının əriməsi Yerin fırlanma sürətini dəyişdirir və bununla da günün uzunluğunu artırır".

Bu barədə tədqiqatın nəticələri ABŞ-nin "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc edilib.

Alimlər qeyd edirlər ki, zamandakı dəyişikliklər cüzidir - gündə bir neçə millisaniyə. Hazırda Yerdə gün 86,4 min saniyə davam edir. Lakin müasir yüksək texnologiyalı dünyada bu millisaniyələr insanların etibar etməyə vərdiş etdiyi hesablama sistemlərinə, məsələn, GPS-ə mühüm təsir göstərir.

"Bu belə işləyir: insanlar dünyanı isitdikcə, buzlaqlar və buz örtükləri əriyir, bu ərinti suyu qütblərdən ekvatora axır. Bu vəziyyət planetin formasını dəyişdirir - qütblərdə yastılaşdırır və ortada daha qabarıq edir - beləliklə də, onun fırlanmasını yavaşladır", - deyə tədqiqatçılar izah edirlər.

Qeyd olunur ki, Ayın cazibə qüvvəsi də böyük rol oynayıb və bu, tədricən Yerin fırlanmasını yavaşladıb.

Mütəxəssislərin proqnozlarına görə, istixana qazlarının emissiyalarının artması ilə günün uzunluğu əsrdə 2,4 millisaniyə arta bilər.

Alimlər bu nəticələrə 1900-2100-cü illəri əhatə edən 200 illik dövrü təhlil edərkən gəliblər. Onlar iqlim dəyişikliyinin keçmişdə günün uzunluğuna necə təsir etdiyini başa düşmək və gələcəkdə onun rolunu proqnozlaşdırmaq üçün müşahidə məlumatlarından və iqlim modellərindən istifadə ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 17.07.24 11:35