ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Deep Space Network" sınaqları çərçivəsində Missi Elliottun "The Rain" adlı hip-hop mahnısının sözlərini Veneraya ötürüb.
Median.Az "İzvestiya"ya istinadən xəbər verir ki, yeddi "Qremmi" mükafatının qalibi eksperimentlə bağlı xəbəri sosial şəbəkələrdə paylaşıb.
Bu, istifadəçilərin coşqulu reaksiyasına səbəb olub.
"İndi yadplanetlilər yerüstü hitlərlə rəqs edə biləcəklər", - deyə onlardan biri bildirib.
Sınaq çərçivəsində mahnının yer aldığı mesaj 14 dəqiqə ərzində Veneraya 250 milyon km-dən çox yol qət edib. Eksperiment 2029 və 2031-ci illərdə başlanması planlaşdırılan planetar tədqiqatların nəticələrinin ötürülməsini öyrənmək üçün aparılıb.